“Azərbaycanda karantin sərtləşdiriləcək, əgər…” – AÇIQLAMAbackend

Oruc tutan insanlar koronavirus peyvəndləri vurdura bilər, əks göstərişləri yoxdur”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri infeksionist Mərdan Əliyev deyib.

Həkim bildirib ki, vaksinin funksiyası immunitet əmələ gətirməkdən ibarətdir:

“Yoluxma sayının son günlərdə artması infeksional proseslərlə əlaqədardır. Əslində karantin tədbirləri sayəsində yoluxmanın sayı müəyyən qədər məhdudlaşdırılıb. Əks halda infeksiyanın yoluxuculuğu daha sürətli olardı. Virusun yoluxuculuğu həndəsi silsilə üzrə davam edir. Azalanda da həndəsi silsilə ilə azalır, artmağa doğru gedəndə də eyni qayda ilə artır. Məsələn, 5 nəfər özündən başqa 10 nəfəri, 10 nəfər isə 20 nəfəri yoluxdurur. Əgər yoluxma sayı artarsa və xəstəxanada bütün yerlər dolarsa, bu halda karantin qaydalarının sərtləşdirilməsi gözləniləndir”.

İnfeksionistin sözlərinə görə, keçən illə müqayisədə yay aylarına dair proqnozlar daha nikbindir:

“Olduqca nikbin proqnozlar var, zaman xeyrimizə işləyir. Çünki həm yoluxanların, həm də sağalalanların sayı artır. Nəticə etibarilə təbii immunitet qazanan əhali sayı də artmağa doğru gedir. Eyni zamanda vaksinasiyanın hesabına süni immunitet yaradılır. Hər gün müəyyən qədər vaksinləşmə aparılır. Pandemiya yayda başa çatmayacaq, amma yoluxmaların az olacağı gözlənilir”.

Həkim bir neçə gün əvvəl açıq havada maska taxmaq qərarının ləğvi üçün sosial şəbəkələrdə başladılmış aksiyaya münasibətini də bildirib:

“Mən də razıyam ki, sağlam nəfəs alaq. Amma hazırkı vəziyyətdə sağlam nəfəs almaq nə qədər mümkündür? Maskasız özümüzü necə qoruya bilərik? Açığı bunu anlamıram. Küçədə sosial məsafəni saxlamaq çətindir. Odur ki, xəstə insanların başqalarını yoluxdurmaq ehtimalı var. İndiki dövrdə bu istəyin yerinə yetirilməsi real görünmür. Yoluxma sayı 100-200 olmalıdır ki, açıq havada maskasız gəzməyə icazə verilsin. 2000-2500 yoluxma sayı olduğu halda mümkün deyil. Çünki ətrafımızdakı insanlardan hər biri xəstə ola və başqalarının yoluxdura bilər”.Publika.az