Azərbaycanda kütləvi vaksinasiya tədbirləri başlayacaqbackend

“Lazım olmayanda ictimai nəqliyyatdan istifadə edilməməli, zəruri olmayan hallarda evdən çıxmamalıyıq”.

“Yeni Gündəm”-in məlumatına görə, bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, elan olunmuş qaydalara əməl edilsə, yoluxma saylarının azalmasına nail olarıq: “Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”.