Azərbaycanda lokal qapanmalar tətbiq edilirbackend

“Biz daha çox lokal qapanmalara gedirik”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində də lokal qapanmaların tətbiqinin daha məqbul olduğu bildirilib: “Biz də bu tövsiyələrə uyğun olaraq addımlar atırıq. Ümid edirik ki, lokal qapanmalar sayəsində müsbət nəticə əldə edə biləcəyik”.

Şöbə müdiri bu məsələdə ictimai qınağın da əsas rolu olduğunu deyib: “İctimai qınaq olmalıdır ki, Ordumuzu, özümüzü xəstəlikdən qoruyaq”.