Azərbaycanda maşın körpüdən çaya aşıb, ölənlər varbackend

Lənkəranda ağır yol qəzası baş verib.

Qəza Lənkəran-Lerik yolunda, Əşlə kəndi ərazisində qeydə alınıb.

Nəqliyyat vasitəsi körpüdən çaya aşıb. Hadisə nəticəsində sürücü və sərnişinin öldüyü bildirilir.

Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb. İlkin versiyaya görə, qəzaya yolun qarlı olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

APA