Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıbbackend

“Azərbaycanda “Media haqqında” qanun layihəsi hazırlanıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, türk dünyası media sahəsində əməkdaşlığı davam etdirəcək.