Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – FOTOLARbackend

Blogger Mehman Hüseynov növbəti araşdırmasını dərc edib.

“Yeni Gündəm” xəbər verir ki, bu araşdırma Bakı Metropoliteninin rəisi Zaur Hüseynovun ailə üzvlərinin bahalı avtomobil kolleksiyası barədədir. Blogger iddia edib ki, Zaur Hüseynovun, həyat yoldaşının və övladlarının istifadəsində olan maşınlar Metropolitenin hesabına alınıb.

Mehman Hüseynovun “Prokurorluq üçün daha dəqiq məlumat” başlığı ilə sosial şəbəkədə paylaşdığı qeydləri və fotoları təqdim edirik:

Metropoliten rəisi Zaur Hüseynovun ailəsinə məxsus olan maşınlar  “Bakı Metropoliteni” QSC-nin adınadır. Təsəvvür edirsiznimi? Yəni, bu maşınlar  Bakı metropoliteninin vəzifəli şəxsləri üçün alınıb və pulları metropoliteninin büdcəsindən götürülüb.

Bu arada daha bir məlumatı da dəqiqləşdirdim:

Zaur Hüseynovun maşının üstündə olan dövlət qeydiyyat nömrəsi 90-ZZ-090. ZZ mənası odur ki, ZAURun maşınıdır.

Onun oğlu Həbib Hüseynovun maşının üstündə olan nömrə 90-HH-090 dır. HH mənası odur ki, HƏBİBİN maşınıdır.

Nəhayət, Zaurun həyat yoldaşının maşının üstündə olan nömrə isə 90-LL-090 dır. LL mənası bilirsiz nədir? Onun həyat yoldaşının adı isə Lalə Hüseynovadır. Yəni, LALƏnin maşınıdır.Pravda.az

Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – Fotolar
Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – Fotolar
Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – Fotolar
Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – Fotolar
Azərbaycanda məmurun bahalı maşın kolleksiyası – Fotolar