Azərbaycanda müəllim koronavirusdan öldü – FOTObackend

Göyçay rayonunda “Əməkdar müəllim” vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, uzun illər Göyçayın Çərəkə kənd 1 saylı tam orta məktəbində direktor vəzifəsində çalışmış Allahverdiyev Elçin Həmid oğlu bu gün koronavirusdan vəfat edib.

Qeyd edək ki, Elçin Allahverdiyev “Tərəqqi” medalı  və “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.Oxu.az