Azərbaycanda müəllim koronavirusdan öldü – FOTObackend

Azərbaycanda yeni növ koronavirus infeksiyası (COVID-19) daha bir can alıb.

“Yeni Gündəm”-in xəbərinə görə, Salyan rayon Azər Səfərov adına inteqrasiya təlimli internat tipli gimnaziyanin tərbiyəçi müəllimi, 43 yaşlı Sara İltifat qızı Bayramova müalicə olunduğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Mərhumun 3 övladı olub.