Azərbaycanda müəmmalı hadisə: həftənin bazar günləri bu evdə yanğın olurbackend

Cəlilabadda bir ev dördüncü dəfə müəmmalı şəkildə yanıb.

“Yeni Gundem” baku.ws-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Bədirli kəndində Zakir Əliyevə məxsus evdə baş verib.

Ev sahibinin sözlərinə görə, yataq otağından başlayan yağın tez bir zamanda bütün evi bürüyüb. Yanğının şiddətləndiyini görən ailə dərhal evi tərk edib və xəsarətsiz xilas ola biliblər.

Hadisə yerinə iki yanğınsöndürən maşın çağırılsa da evin əksər hissəsi tamamilə yanıb. Hadisənin maraqlı məqamı isə evin artıq 4-cü dəfə yandırılmasıdır.

Ailə üzvlərinin sözlərinə görə, yanğın əvvəllər də yorğan-döşəklərdə müşahidə olunub. Ən maraqlısı isə bu hadisə ancaq həftənin bazar günləri müşahidə olunur. Kənd sakinləri də evin naməlum qüvvələr tərəfindən yandırıldığını iddia edirlır.

Artıq müvafiq qurumlar yanğın yerindən analiz üçün nümünələr götürüblər