Azərbaycanda narkotik dövriyyəsinə qarşı mübarizədə ən müasir metod və texnologiyalardan istifadə olunurbackend

Narkotik qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə daxili işlər orqanları tərəfindən diqqətdə saxlanılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır. Bu tədbirlər kampaniya xarakteri daşımır”, – deyə DİN-in məlumatında bildirilib.