Azərbaycanda nazirin istefası tələb edildi — Ərəblərə görəbackend

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin istefası tələb edilir.

“Yeni Gündəm”-in xəbərinə görə, buna səbəb M.Babayevin Qax Dövlət Yasaqlığının ərazisinə düşən Acınohur çölündə nadir quş növlərini ovlayan ərəblərlə bağlı tədbir görməməsidir.

Qeyd olunur ki, nazirlik ərəbləri ərazidən kənarlaşdırmaq, hərəkətlərinə hüquq qiymət vermək əvəzinə, qurumun əməkdaşı onlara köməklik göstərir.

Artıq sosial şəbəkədə #MuxtarBabayevistefa həştəqi yaradılıb./Pravda.az