Azərbaycanda nişandan qayıdanlar ağır qəzaya düşdü – Ölən və yaralananlar var / FOTObackend

Goranboyda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

“Yeni Gündəm” “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Zeyvə kəndində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. Üç nəfər – Elyasova Gülnarə (1967), Elyasova Vüsalə (1979), Mustafayeva Səyalı (1950) isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, ailə Yevlax sakinləridir. Onlar Goranboydan nişan mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.