Azərbaycanda onkoloji xəstələrin sayı artıbbackend

“Azərbaycanda onkoloji xəstələrin sayı artıb və bu rəqəm, təxminən, 60 minə yaxınlaşıb”.

“Yeni Gundem”-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Kəmaləddin Qafarov deyib.

Onun sözlərinə görə, hazırda 1 600-ə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır və müraciət edənlərin də sayı çoxdur.

Deputat hesab edir ki, onkoloji xəstələrin müalicəsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasına ehtiyac var: “Bu xəstəlik ya icbari tibbi sığortaya daxil edilməli, ya da bunun üçün ayrıca böyük büdcə ayrılmalıdır”.