Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilirbackend

Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilir.

Bu təkliflə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edib.

O bildirib ki, bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir: “Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”.

Report