Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlandıbackend

Azərbaycanda peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, indiyədək 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib.

Onlar arasında hər hansı ağırlaşma yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər.