Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələdibackend

Gədəbəy rayonunda Şəmkir Regional Mühafizə şöbəsinin əməkdaşı, polis nəfəri Ülfət Bənnayev tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

DİN-in mətbuat xidmətindən “Yeni Gundem”-ə verilən məlumata görə, hadisə əməkdaşın səhər saatlarında xidmətə çıxmazdan əvvəl tabel silahını təhvil alarkən baş verib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.