Azərbaycanda polis əməkdaşı güllə yarası aldıbackend

Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

Hadisə Şəmkir rayonunda qeydə alınıb.

Belə ki, Şəmkir Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Süleyman Əliyev xidmətə gedərkən xidməti silahı ilə ehtiyatsızlıqdan atəş açılıb və xəsarət alıb.

Xəsarət almış polis əməkdaşı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.