Azərbaycanda qəza nəticəsində maşın parçalandı – FOTObackend

Goranboyda avtomobil toqquşmadan sonra parçalanıb.

“Yeni Gündəm” xəbər verir ki, hadisə Goranboy-Tərtər yolunun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21 012” markalı minik maşınları toqquşub. Nəticədə 2 nəfər Səfiyarzad Səfiyar və Rafiq Mehdiyev xəsarət alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəza zamanı “VAZ 2106” markalı avtomobil iki hissəyə bölünüb.