Azərbaycanda sabiq məmur intihar etdibackend

Tovuzda intihar hadisəsi baş verib.

Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Ülvi Nəsir oğlu yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.

Bu gün səhər saatlarında Zaqatala şəhəri Cəlil Məmmədquluzadə küçəsində də intihar hadisəsi baş verib.

APA-nın yerli bürosu xəbər verir ki, uzun müddət Zaqatala Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinə rəhbərlik edən Mehdi Seyidov özünü yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.