Azərbaycanda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılırbackend

Azərbaycanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılır.

“Yeni Gündəm” xəbər verir ki, saat 12:00-da ölkənin bütün şəhər və rayonlarında insanlar yerində dayanaraq dualar oxuyub, sürücülər avtomobillərinin hərəkətini dayandıraraq siqnal veriblər.

Qeyd edək ki, bu ildən başlayaraq 27 sentyabr tarixi hər il Anım günü kimi qeyd ediləcək.