Azərbaycanda şok! Polis ərlə arvadı evində tutdu – Görün,nə ediblər +ANBAAN VİDEObackend

Şirvanda “tiryəkxana” saxlayan ər və arvad saxlanılıb.

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan “Yeni Gündəm”  -ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər də məhkum olunmuş 56 yaşlı Firuz Şadlinski və onun həyat yoldaşı, 55 yaşlı Qönçəgül Baxışəliyeva yaxalanıb.

Onların yaşadıqları ünvanda “tiryəkxana” təşkil etməklə narkotik aludəçilərinə narkotik maddələrin istehlakına şərait yaratdıqları, eləcə də satışı ilə məşğul olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən evə keçirilən baxış zamanı oradan “patı”, heroin, elektron tərəzi və narkotiklərin satışından əldə edilən pullar aşkar edilərək maddi sübut kimi götürülüb.

Həmçinin əməliyyat tədbiri keçirilən zaman orada narkotik vasitə qəbul edən iki nəfər də saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakini Novruz Məmmədov və Hacıqabul rayon sakini Namiq Abdulhüseynov olduqları müəyyənləşdirilib.

Hər iki şəxs dindirilmə zamanı “tiryəkxana”ya narkotik qəbul etmək üçün gəldiklərini və pul müqabilində ev sahiblərinin onlara şərait yaratdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.