Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı – COVID-19backend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 108 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 min 523 nəfər müalicə olunaraq sağalıb, 585 nəfər vəfat edib, aktiv xəstə sayı 1787 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7965, bu günə qədər isə ümumilikdə 1 mln. 955 min 43 test icra olunub.