Azərbaycanda tanınmış alim vəfat etdibackend

Coğrafiya elmləri doktoru, professor Zahid Məmmədov vəfat edib.

“Yeni Gündəm” xəbər verir ki, alimin dekabrın 6-da koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Məmmədov Zahid Səttar oğlu Zəngilanın Baharlı kəndində doğulub. Kooperasiya İnstitutunda kafedra müdiri olan alim indiyə qədər bir çox elmi mükafatlara layiq görülüb. O, hələ 10 il bundan əvvəl “Azərbaycanın coğrafi yolları” kitabında Zəngilandan keçməklə Naxçıvanı Azərbaycana birləşdirən yolun coğrafi planını hazırlayıb. Alim 1993-cü ildə İran İslam Respublikasının Təbriz şəhərində və 2008-ci ildə Məşhəd şəhərində keçirilmiş konfranslarda iştirak edib, İmam Rza diplomuna layiq görülüb.

Z. Məmmədov ölkə mətbuatında mütəmadi olaraq dərc olunmuş yazılarına görə “Qızıl Qələm” diplomu ilə təltif edilib.

Akademik Həsən Əliyevin davamçısı olan alim 50-dən çox kitabın, 5 monoqrafiyanın, 3 dərs vəsaitinin, 200-dən çox məqalənin müəllifidir. O, uzun illər ixtisaslı kadrların, coğrafiya ixtisası üzrə fəlsəfə və elmlər doktorlarının hazırlanmasına rəhbərlik və opponentlik edib.