Azərbaycanda tanınmış iş adamı əmək qanunvericiliyini pozdubackend

Tanınmış iş adamı Musa Süleymanov barəsində cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş adamı barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Aygün Qurbanovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı noyabrın 12-nə təyin edilib.

Qeyd: İş adamı Musa Süleymanov daha əvvəl Tovuzda fəaliyyət göstərmiş “Simurq-M” TV və rayonun “Turan” klubunun rəhbəri olub.