Azərbaycanda tanınmış müğənni vəfat etdi (FOTO)backend
60-cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə Kulis.az-a sənətkarın yaxınları məlumat verib.
60-80 cı illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.
Yaddaşlarda Oqtay Kazıminin “Bakının qızları” mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.