Azərbaycanda torpaq uçqunu olub, bir nəfər ölübbackend

İsmayıllı rayonunun Zərgəran kəndində bir nəfər torpaq uçqunu altında qalaraq ölüb.

Həyətyanı sahədə qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib və nəticədə orada fəhlə işləyən, 1967-ci il təvəllüdlü Əliyev Vahid Dursunəli oğlu dərinliyi təqribən 4 metr olan çuxurda uçqun altında qalıb. Xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və Vahid Əliyevin meyiti çıxarılaraq ailəsinə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat işləri aparılır.

APA