Azərbaycanda torpaq uçqununa düşən şəxs belə xilas edildi – FHN əməliyyat görüntülərini yaydıbackend

Xəbər verdiyimiz kimi, ötən gün Şəmkirdə torpaq uçqunu baş verib.

“Yeni Gündəm” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin xilasetmə qüvvələri uçqun baş verdiyi əraziyə cəlb olunub. Sərxan kəndində torpaq uçqunu altında qalmış Məmmədov Rövşən Məzahir oğlu xilas edilib. O, çuxurdan çıxarılıb təcili və təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, uçqun ərazidə aparılan qazıntı işləri zamanı baş verib və orada işləyən 1983-cü il təvəllüdlü şəxs təqribən 5 metr dərinlikdə çuxura yıxılaraq müxtəlif xəsarətlər alıb və torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.