Azərbaycanda toyda kütləvi zəhərlənməbackend

Beyləqanda toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, ötən gün Beyləqan rayonunda yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı bir qrup rayon sakininin qidadan zəhərlənməsi barədə Beyləqan RPŞ-yə məlumat daxil olub.

Faktla bağlı RPŞ-də araşdırma aparılıb, toplanmış material aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.