Azərbaycanda türkəçarə müalicə ilə məşğul olan şəxs narkotiklə saxlanıldıbackend

Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb.

“Yeni Gundem” xəbər verir ki, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb.

Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kənd sakini Qocayev Yalçın Ağacan oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana və “şüşə” adlanan metamfetamin aşkar edilib.

Faktı “Report”un yerli burosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiq edib.

Qeyd edək ki, Y.Qocayev fərdi yaşayış evində türkaçərə müalicə ilə (bel və onurğa ağrıları kimi müxtəlif xəstəliklərin xalq təbabəti ilə müalicəsi ilə) məşğul olurmuş.