Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi yoxdur – İlham Əliyevdən AÇIQLAMAbackend

Azərbaycanda Türkiyənin hərbi bazasının yaradılması məsələsi ilə bağlı hər hansı bir görüş olmayıb, heç zaman olmayıb, bu gün də belə bir məsələ yoxdur.

“Yeni Gündəm”-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, bu gün də belə bir məsələ yoxdur: “Onsuz da Türkiyə ilə hərbi sahədə iş birliyimiz gündən-günə möhkəmlənir. Mən bunu artıq demişəm. Bir də demək istəyirəm ki, keçən il 10 birgə hərbi təlimlər keçirilmişdir, Hava müdafiə qüvvələri, eyni zamanda xüsusi təyinatlılar və digər sahələrdə… Ona görə bu iş birliyi ən yüksək səviyyədədir. Və bazanın Azərbaycanda yaradılması məsələsi heç zaman müzakirə predmeti olmamışdır”.