Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri artırılacaqbackend

Azərbaycanda tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələri artırılacaq.

“Yeni Gundem” xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi altı ay müddətində tütün məmulatlarına və alkoqollu içkilərə tətbiq edilən aksiz dərəcələrinin beynəlxalq təcrübə, habelə Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri nəzərə alınmaqla mərhələli olaraq artırılması istiqamətində aidiyyəti qurumlarla birlikdə razılaşdırılmış təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.