Azərbaycanda TV-lərin reytinqini ölçmək üçün şirkət yaradıldıbackend

Uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapıb.

Bunu Audiovizual Şuranın sədri İsmət Səttarov “Audiovizual media məkanında reklam fəaliyyəti” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu sahədə müasir texnologiyalardan istifadə olunacaq.

“Artıq reytinqlərin ölçülməsi ilə bağlı müvafiq şirkət yaradılıb və yaxın 2 həftə ərzində sözügedən şirkətin açılışı olacaq”, – Şura sədri vurğulayıb.