Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb – RƏSMİ AÇIQLAMAbackend

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov “Yenidoğulmuşlarda görülən xəstəliklər” mövzusunda çıxışında deyib. O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır.

Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.