Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaqbackend

“Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.