“Azərbaycanda yaradılmış imkanlardan istifadə edin”backend

“Üçüncü doz korona peyvəndini də aldıq. Çox götür-qoy etdim və üçüncü doz kimi “Pfizer”i seçdim”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu tanınmış həkim Vasif İsmayıl bildirib.

O xatırladıb ki, yanvar və fevral aylarında “Sinovac” peyvəndi olunub: “Biz bu imkanın qədrini bilməliyik. Qonşu Gürcüstan bu gün koronadan insan ölümü üzrə dünya birincisi oldu. Azərbaycandakı kimi peyvəndlənmə imkanı olmadığı üçün. Azərbaycanda yaradılmış imkanlardan istifadə edin”.