“Azərbaycanda yaşı 65-dən yuxarı olanların sayı 7 faizə yaxındır” – Fərqan Abbaszadəbackend

“Azərbaycanda yaşı 65-dən yuxarı olanların sayı 7 faizə yaxındır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə bildirib.

Onun sözlərinə görə, dünyada gedən tendensiyalar, yaşlı şəxslərin informasiya texnologiyalarından, elektron səhiyyə sistemindən istifadəsi onlar arasında uzunömürlülüyü çoxaldacaq. Beləliklə, yaşlı şəxslərin ölkədə və dünyada əhali arasında çəkisi artacaq: ” Azərbaycan cəmiyyətində yaşlı şəxslərə dövlət dəstəyi, rəğbət hər zaman yüksək olub. Bu gün keçirilən sərgi də yaşlıların fəal və sağlam həyat tərzinə həsr olunub. Fəal yaşlanma layihəsi Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilir. Fotosərgi 1 oktyabr – Beynəlxalq Ahıllar Gününə həsr olunub. Layihə yaşlıların gündəlik həyatına təsirə malik olan sosial xidmətlər komponentidir.

Yaşlıları cəmiyyətin həyatında fəal iştirak etməyə dəvət edir. Burada 80 min ahıl şəxs müxtəlif təlimlərə, tədbirlərə dəvət olunur, bununla cəmiyyətin əhəmiyyətli hissəsi olduqları göstərilib. 100-ə yaxın yaşlı insan bir çox təlimlərdə gənclərlə həyat təcrübəsini bölüşüb. Yaşlılar cəmiyyətin qayğısını və bizim diqqətimizi hiss etməlidirlər. Gələcəkdə dövlətin siyasətində fəal yaşlanma indeksini müəyyən etmək çox vacib olacaq”.