Azərbaycanda yeni doğulan körpəni zibilliyə atdılarbackend
Gəncə şəhərində yeni doğulmuş körpə tapılıb.
“Yeni Gundem” report-a istinadən xəbər verir ki, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.
Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan “Report”un Qərb Mərkəzinə verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələ ki xəstəxanada saxlanılır.
Faktla bağlı araşdırmalara başlanılıb