Azərbaycanda Yeni ildə küçəyə çıxmaq qadağan olunur?backend

Türkiyədə koronavirus (COVID-19) infeksiyası ilə mübarizə məqsədilə hökumətin qəbul etdiyi rejim qaydalarına uyğun olaraq yeni il tətilində küçəyə çıxmaq məhdudiyyəti tətbiq olunacaq. Azərbaycanda da bayram günlərində insanların çölə çıxmasına qadağa qoyulacaqmı?

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı danışan deputat Kamilə Əliyeva bildirib ki, Azərbaycanda da digər ölkələrdə olduğu kimi gündəlik koronavirusa yoluxanların sayında artım müşahidə olunur:

“Yoluxanlarla yanaşı ölənlərin sayı da artmaqdadır. Yoluxanlar artıqca ölənlərin sayının artması gözləniləndir. Uzun müddət dövlətimizin və Operativ Qərargahın verdiyi qərarlar, gördüyü tədbirlər nəticəsində biz müəyyən müddət digər ölkələrdən fərqli olaraqn yoluxanların sayını stabil saxlaya bilirdik. Çox təəssüf ki, bu dinamika bizdə də artmaqdadır. Bu da pandemiya ilə bağlı təhlükənin artması deməkdir.

Əlbəttə, hər şey insanların özlərindən asılıdır. Türkiyə, Rusiya və digər ölkələr peyvəndlənməyə başlayacaq. Bilirsiniz ki, bu xəstəliyin başqa müalicə üsulu yoxdur. Koronavirusun yeganə müalicəsi peyvəndin vurulmasıdır. Bizdə peyvəndlənmə olmadığı üçün hələ də Azərbaycan üçün bu təhlükə qalmaqdadır. Yoluxmaların qarşısını almağın 3 qızıl şərti var. Maska taxmaq, sosial məsafəni qorumaq və dezinfeksiya məhlularından istifadə edilməsidir. Əgər insanlar bu qaydalara əməl etməsi yoluxanların sayı artmaqda davam edəcək”.

Deputat vurğulayıb ki, qarşıdan qış ayları gəlir:

“Havalar soyuyanda da xəstəliklər artır, immunitet aşağı düşür. Yoluxma sayı artdıqca ağır xəstələrin xəstəxanalara yerləşdirilməsi problemi ortaya çıxır. Bilirsiniz ki, simptomsuz xəstələr var. Onlar xəstəliyi yüngül keçirdiyi üçün ev şəraitində müalicə olunurlar. Ağır xəstələr yalnız xəstəxanalarda yerləşdirilir. Əgər hər gün yoluxanların sayı 4000-dən çox və onların arasında da ağır xəstələr olarsa, xəstəxanalardan yer məhdudiyyəti yaranacaq. Bununla da əlaqədar olaraq daha sərt tədbirlər görülə bilər.

Təbii ki, bunu da heç birimiz arzulamırıq. Qaldı ki, bayram günlərində insanların çölə çıxmasının qadağa qoyulması məsələsinə, bu barədə qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Bayrama hələ bir neçə həftə var. Yaxşı olardı ki, insanlarımız bayramı evlərində qeyd etsin. Bilirsiniz ki, dekabrın 14-dən ölkə ərazsində karantin rejimin sərtləşdirilməsi barədə Operativ Qərargah tərəfindən qərar qəbul edilib. Düşünürəm ki, Operativ Qərargah bayrama qədər yoluxmaların sayını və mövcud vəziyyəti analiz edərək düzgün qərarı verəcək”.Sonxeber