Koronavirusun onlayn statistikası

Azərbaycanda yeni porfir mis-qızıl yatağı aşkar edilib – VİDEObackend

Qızıl dağlar, sözün əsl mənasında qızıl. Bu qiymətli metal ölkəmizdə həm də Gədəbəy dağlarından çıxarılır. Rayon mərkəzinə yaxın ərazidə yerləşən mədəndəki 3 yataqdan qızılla yanaşı gümüş və mis hasil olunur.

“Yeni Gündəm” AZTV-yə istinadən xəbər verir ki, “Azerbaijan İnternational Mining Company Limited” “Gədəbəy” müqavilə sahəsində daha bir yataq kəşf edib.

Geologiya və mədən üzrə direktor Stefen Vesthed deyir ki, çox təcrübəli geoloji komandaları var: “Onlar müxtəlif minerallaşma sahələrində potensial filizli hədəflərdə geoloji tədqiqatlar həyata keçirirlər. Bu hədəflərdən birində daha intensiv buruq qazma işlərinə başlamışıq və “Zəfər” yatağını müəyyənləşdirmişik. Burada bizim 3 buruq qazma qurğumuz qazma işləri aparır”.

Bu qurğularla ərazidə 12 buruq quyusu olmaqla ümumilikdə 7675 metr quyu qazılıb. Nəticədə üç minerallaşmış zona müəyyənləşdirilib. “Zəfər” yatağı kompleks geoloji kəşfiyyat və xəritəalma ilə kəşf olunub.

Yatağın ilkin qiymətləndirilməsi nəticəsində təqribən 6 milyon ton filiz kütləsinin olduğu müəyyənləşdirlib. Şirkət gələcək hasilat və istehsalın iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın filizləşməsinin davamlılığını qiymətləndirməyə bundan sonra da davam edəcək. Mütəxəssislər deyirlər ki, “Zəfər” çətin kəşf edilən yataqlar qrupuna daxildir. Çünki filiz 260 metr dərinlikdə yerləşir və yer səthində heç bir təbii açılışı qeyd olunmur. Perspektivi isə yüksəkdir.

Gədəbəy müqavilə sahəsində “Zəfər”dən əlavə “Gədəbəy”, “Uğur” və “Qədir” yataqları var. Zəfər yatağı kimi “Uğur” və “Qədir” yataqları da şirkətin geoloqları tərəfindən kəşf olunub. Mədən ərazisində 900-ə yaxını yerli sakin olmaqla ümumilikdə 1300-dən yuxarı işçi çalışır. Yeni yatağın kəşfi isə həm də əlavə iş yerləri deməkdir.

Reklam_ADS_sol

Reklam_ADS_sag