Azərbaycanda yolda uzanan sərxoş piyadanın üzərindən avtomobil keçdibackend

Salyan rayonunda magistral yolun üzərində uzanan şəxsi avtomobil vuraraq öldürüb.

“Yeni Gundem” xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Novruzov Yaşar Ramiz oğlu yola çıxaraq avtomobillərin hərəkat zolağında yerə uzanıb.

Həmin vaxt naməlum avtomobil Y.Novruzovun üzərindən keçərək onu öldürüb.

Hadisə baş verən zaman Y.Novruzovun sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Report