Azərbaycanda yoluxma KƏSKİN ARTDI – SON STATİSTİKAbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Yeni Gündəm”-ə verilən məlumata görə, ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 918 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 769 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 430 nəfərdir.

Ölkədə son sutka ərzində 1 878, hazırkı dövrədək isə 6 991 514 test aparılıb.