Azərbaycanda yüksək məhsuldar cins heyvanların yetişdirilməsi məqsədilə yeni pilot layihəyə başlanıbbackend

Azərbaycanda heyvandarlıq sahəsinin inkişaf etdirilməsi məqsədilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi yeni pilot layihəyə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən “Yeni Gündəm”-ə bildirilib ki, layihə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu ilə Respublika Süni Mayalanma Mərkəzi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən həyata keçirilir. Layihənin məqsədi heyvanların cins tərkibini saxlamaqla məhsuldarlığın artırılmasına nail olmaqdır.
Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov bildirib ki, mərkəzin əldə etdiyi toxumlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Yardımçı təcrübə təsərrüfatında yüksək məhsuldar cinslərin yetişdirilməsinə imkan verir.
Layihə çərçivəsində iyunun 30-da 42 kq ağırlıqda Şvis cinsindən buzov alınıb.