Azərbaycanda zavodda güclü yanğın: 8 nəfər xəsarət aldıbackend

Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib, səkkiz nəfər xəsarət alıb

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.

Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

Yanğında səkkiz nəfər xəsarət alıb.APA