Azərbaycanda zəncirvari qəza: xeyli sayda yaralı varbackend

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mercedes” və “Hundai” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən “Hundai” markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Report