Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən 3 nəfər saxlanıldıbackend

Dekabr ayının 5-i saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun 2-ci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 3 nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən saxlanılıb.

Bu barədə “Report”a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa rayonu Poylu qəsəbə sakinləri – 2006-cı il təvəllüdlü Bədirova Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları müəyyən edilib.

DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.

Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə zərurimaarifləndirmə və təbliğat işləri aparılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.