Azərbaycandan “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıbbackend

Azərbaycandan “Oskar” mükafatına təqdim olunacaq filmlərin qəbulu başlayıb.

Bu barədə “Yeni Gündəm”– ə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Bildirilib ki, avqustun 30-da Azərbaycan filmlərinin Amerika Kino Akademiyasının “Oskar” mükafatına təqdimatı üzrə komissiyanın növbəti iclası keçirilib.

Professor Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi və üzvlərin yeniləndiyi komissiyanın iclasında 2020 – 2021-ci illərdə xarici filmlər nominasiyası üzrə çəkilmiş filmlərin prodüserlər tərəfindən adı çəkilən komissiyaya 1 nüsxə DVD formatında təqdim olunması qərara alınıb.

Qeyd edək ki, filmlər komissiyaya sentyabrın 20-dək təqdim olunmalıdır.

Ayşən Rəhim