Azərbaycan dövləti Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması üçün öz səylərini davam etdirir. Həmçinin mayın 25-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri də bu istiqamətdəatılmış növbəti addım kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində dövlətimizin başçısı Cənabİlham Əliyev Moskvada Ali Avrasiya İqtisadiŞurasının geniş tərkibdə iclasında qonaqqismində iştirak edib. Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, bu gün artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı uğurla inkişaf edir. Burada qurulmuş münasibətlərin səviyyəsi və xarakteri ciddi, dərin məna daşıyır. İqtisadi-ticariəlaqələr ardıcıl şəkildə inkişaf edir və bütün xalqlararası münasibətlərin möhkəmlənməsiistiqamətində irəliləyir. Həmçinin qeyd edək ki, 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadiBirliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprelaylarında isə, qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb.
Bildirək ki, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsindəyerləşməsi və əlbəttə ki, malik olduğu nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdədaşımaları həyata keçirməyə imkan verir. Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarətdonanmasına malik olan Azərbaycan hazırda on beş milyon ton yükün daşınmasına hesablanmışƏlət Dəniz Limanı yaxın vaxtlardamodernləşdirərək yükaşırmaların həcmi 25 milyon tona çatdırmağı planlaşdırır. Bu gün Azərbaycanın reallaşdırılması üçün xüsusi səy göstərdiyi strateji logistik layihələrdən biri də Zəngəzur dəhlizinin yaradılması ilə bağlıdır. Regional nəqliyyat şəbəkələrini daha da genişləndirəcək bu dəhliz Cənubi Qafqazölkələrinə mühüm imkanlar açacaq, Şimal-Cənub Beynəlxalq Dəhlizinin və Orta Dəhlizininəhəmiyyətini artıracaq. Perspektivdə regionaləməkdaşlıq bütün Cənubi Qafqazda sülhüdavamlı və möhkəm edəcək, münaqişəsizmühitin əhəmiyyətini önə çıxaracaq. Azərbaycanın regional siyasətindən əsasgözləntisi də budur. Yəni ErmənistanAzərbaycanın ərazi bütövlüyünə hörmətləyanaşarsa və sülh sazişini imzalayarsa regionaləməkdaşlıqdan ciddi iqtisadi qazanc əldə edə bilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruyur və münasibətlərinnormallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaranıb.
Nəsimi rayon Ağsaqqallar Şuraaının üzvü Həmidov İmamverdi