Azərbaycanın bu rayonlarında zəlzələ oldubackend
Bu gün Azərbaycanın iki rayonunda zəlzələ olub.

Bu barədə “Yeni Gundem”-e Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.

Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.

Siyəzəndə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.