Azərbaycanın bu şəhərində hava sahələri satılır – FOTOLARbackend

Xaçmaz rayonunun Xudat şəhərində dəmiryolunun üzərindən keçən körpünün ərazidəki torpaq sahələrinin üstü, yəni hava sahəsi satılıb. Nə qədər qəribə olsa da fərdi şəxslərə satılan bu ərazilərdə torpaq qatı ilə körpüyə paralel olan səth arasında metrdən 20 metrə qədər məsafə var. Yəni bu sahələrə yiyələnən şəxslərin tikinti aparması üçün  aradakı məsafəni sözün əsl mənasında fərth etməsi lazımdır. Xaçmaz-Nabran yolunun üzərində yerləşən strateji körpünün texniki mühafizə hissəsində olan bu yer və hava sahəsinin necə satılması qalsın kənara, heç ərazidə aparılan və aparılacaq tikintilərin körpüyə  verə biləcəyi zərəri də hesaba qatmayaq. Bəs insan həyatı necə?

Məsələni nəzəri olaraq belə izah etmək olar: yəni satılan torpaqlarda inşa ediləcək hər hansı bir tikiliyə girib çıxmaq üçün ya körpünün üstünə çıxmalısan ya da o tikilədə bir helikopter meydançası olmalıdır.

7times.az-ın ərazidən çəkdiyi foto şəkillərə baxdıqda da məsələnin əsl mahiyyəti ortaya çıxır. Hələlik bu hava sahəsinə yiyələnən tək bir şəxs orada tikintiyə başlamağa müvəffəq olub. Binanın özül hissəsində yaranan çatlar da aydın görünür. Bu səbəbdən həmin vətəndaş tikinti işlərini dayandırıb. Dövlət mülkiyyətində olan həm də strateji əhəmiyyətli yol qovşağının texniki mühafizə zolağında yerləşən bu utopik fəza əməliyyatlarını kimin etdiyi isə məlum deyil. Amma hər kim edibsə şübhəsiz ki, bir gün cəzasını çəkəcək.