“Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək” – Ceyhun Bayramovbackend

“Azərbaycanın bütün işğal olunmuş əraziləri azad ediləcək”.

“Yeni Gündəm” xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

“Qubadlısız 27 il. Rayon 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və rayon Azərbaycan əhalisindən etnik cəhətdən təmizlənib.

Azərbaycanın bütün işğal olunmuş əraziləri, o cümlədən Qubadlı azad ediləcək və yerli azərbaycanlılar öz evlərinə qayıdacaqlar!”, – deyə nazir paylaşımında qeyd edib.